SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlamentin buraxılması barədə təşəbbüs qaldırıldı

Siyasi Şura bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Sputnik Azərbaycan-nın APA-ya istinadla məlumatına görə, Siyasi Şura bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilir. Saat 14:00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər.