Sputnik, Maksim Oqnennı
BAKI, 26 noyabr — Sputnik. Heç vaxt bitməyən qorxulu yuxu. Beynəlxalq arenada Rusiya idmanı ilə bağlı son illərdə baş verənləri məhz buna bənzətmək olar.
Noyabrın sonunda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunluq üzrə komitəsi "Rusiya dopinqi" işi ilə bağlı rusiyalı idmançılara dair tövsiyələrini dərc edib. Sənədə əsasən, yaxın dörd ildə Rusiya bütün beynəlxalq yarışlarda bayraqsız və himnsiz qalacaq, bundan əlavə RF ərazisində keçirilməli olan bütün böyük turnirlərin ev sahibləri dəyişəcək. Söhbət, demək olar ki, müasir tariximizdə Rusiya idmanının ən genişmiqyaslı təcridindən gedir.
Artıq iki həftədən sonra dünya idman ictimaiyyəti WADA İcraiyyə Komitəsinin bu barədə nə düşündüyünü biləcək. Sputnik baş verənlərin səbəblərini aydınlaşdıraraq hadisələrin inkişafına dair proqnoz vermək qərarına gəlib.
Hər şey Rusiya idmançılarının fenomenal nəticə göstərərək 13-ü qızıl olmaqla 33 medal qazandıqları Soçi Olimpiadası ilə başladı.
Münaqişənin başlanğıcı
WADA Rusiya olimpiyaçılarının dopinq qəbul etməsi ilə bağlı araşdırmaya başladı. Nəticələrə görə cavabdeh kanadalı Riçard Maklareni təyin etdilər. Qeyd etmək lazımdır ki, WADA-nın qərargahı da Kanadadadır. Lakin bu, sadəcə təsadüfdür, təbii ki.
Təhqiqatın nəticələrinə əsasən 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasına rusiyalılar kiçildilmiş heyətlə getdilər, Rusiya yığmasına çoxlu sayda medal gətirə biləcək yüngül atletika ulduzları yarışlardan kənarlaşdırıldılar.
Araşdırmanın gedişində Soçi Olimpiadasının ev sahibləri az qala FTX əməkdaşlarının köməyilə öz atletlərinin dopinq nümunələrini dəyişdirməkdə günahlandırıldılar. Koreyanın Pxençxan şəhərində keçirilmiş 2018-ci il Olimpiadası ərəfəsində Beynəlxalq Olimpiya Komitəsi rusiyalıların Oyunlara bayraqsız və himnsiz gedəcəkləri barədə qərar verdi. Bu, Rusiyada hər kəs üçün şok oldu. Yetkililər bütün problemlərin düzəldilməsinə, istənilən səviyyədə istənilən dopinqin aradan qaldırılmasına yönəlik böyük işin başlandığını elan etdilər, idmançılar başlarını aşağı salaraq hətta bayraqsız və mükafatlandırmada himn sözləri olmadan medal qazanmağa gedəcəklərini dedilər. Rusiya oyun qaydalarını qəbul etdi, çünki başqa çıxış yolu yox idi. Əlbəttə, hamı ümid edirdi ki, belə sarsıntı hər şeyin dəyişməsi üçün kifayət edəcək.
WADA-nın indi iddia etdiyi kimi, heç nə dəyişməyib və ölkədə dopinq problemi hələ də aktualdır. Bu dəfə məsələ yoxlama üçün götürülmüş Moskva Antidopinq laboratoriyasının məlumatlarındadır.
WADA-nın komissiyası bildirir ki, bu məlumatlar dəyişdirilib. Manipulyasiya faktları sübut edilmiş hesab edilir, bazanın düzgünlüyü şübhə altına qoyulub – WADA üçün bu artıq rusiyalı atletlərin kənarlaşdırılması üçün bəhanədir.
Qeyd etmək lazımdır ki, ictimaiyyətə hələ heç bir sübut təqdim edilməyib. Rusiya idmanına qarşı hücumun niyə davam etməsi və onun nə vaxtadək cəkəcəyi barədə çox fərziyyə var.
İlk növbədə sırf idman məsələsinə diqqət yetirmək lazımdır. Həm qış, həm də yay idman növlərində Rusiya idman məktəbi sovet keçmişinə dayanan böyük tarixə malikdir. Əməkdar idmançılar gənclərə məşq keçirlər. Atletlər beynəlxalq arenada nəticələr əldə edirlər və bəzi idman növlərində rəqiblərə heç bir şans qoymurlar.
Buradan nəticə çıxır. Rusiya güclü rəqibdir, ondan qorxurlar, ona görə də qarşılaşmamaq üçün onu kənaraşdırmaq lazımdır. Rusiyalıların fiqurlu konkisürmə, xizəkçilik, atletika, gimnastika və s. idman növlərində hegemonluğunu qəbul etsək, ağlabatan versiyadır. Bundan əlavə, bir çox beynəlxalq idman federasiyalarında Rusiyanın nümayəndələri var və onlar həlledici postları tuturlar. Bu, çoxlarının xoşuna gəlmir.
İdmanın özündən uzaqlaşsan və onu əhatə edən şeyləri araşdırsan, Rusiya idmançılarına qarşı belə sərt mövqeyə görə dərhal ən azı iki izahat ağla gəlir:
Birincisi. Bu, əlbəttə ki, müxtəlif günahlandırılan ölkələr üçün fərqli cəza dərəcəsidir. Artıq bu barədə çox şey deyilib, yalnız xatırlayırıq ki, nə qış idman növlərində dopinqlə bağlı qalmaqalların fonunda norveçlilər, nə də atletikada qalmaqalları olan amerikalılar hər hansı bir ildə mübarizəni dayandırmağa çağırılmadılar. İndi ruslar arasında dopinq mövzusunun genişləndirilməsinin dünya idman ictimaiyyətinin gündəmində əsas yeri tutduğu bir halın şahidi oluruq.
İkincisi. Artıq daha çox qəsd nəzəriyyəsi var, amma bu, hamısı deyil. Bir çoxları bunun hamısının 2010-cu ildə, Rusiyanın Futbol üzrə Dünya Çempionatı 2018-in ev sahibi seçildiyi vaxtdan başladığını düşünürlər. Mundialı keçirmək hüququ, ingilis futbolunun atalarının burnunun altından "götürüldü". Onlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) bu qərarından çox pəjmürdə olmuşdular və təəccüblənmişdilər.
Məhz bundan sonra ingilislər, ən populyar versiyalardan birinə görə, Rusiyadan onu hər növ dopinqə məruz qoyaraq "qisas almaq" qərarına gəliblər. İngiltərənin dünya idman ictimaiyyətinə hansı təsirinin olduğundan danışmağa dəyməz. Çox böyükdür. Yalnız dumanlı Albionun bu qədər çətin bir məsələdə kimin dəstəyini ala biləcəyini müzakirə etmək olar. Kimin dəstəyini istəsəz.
Hər kəs ictimaiyyətə təqdim olunan bütün məlumatlardan nəticə çıxarır. Təəssüf ki, biz hər şeyi bilmirik. Buna görə, bizə yalnız çox şeyi təxmin etmək qalır. Bəs bütün həyatını idmana həsr etmiş və indi mövcud olma səbəblərindən məhrum edilmələri istənilən idmançılar haqqında nə demək olar?
Yaxın gələcəkdə Rusiya idmançılarını nə gözləyir?
Çox vaxt olduğu kimi, kənarda məhz idmançılar qalacaq: O kəslər ki, gizli mübarizədən uzaqdırlar, o kəslər ki, ölkələr arasındakı hər hansı siyasi intriqalar barədə heç düşünmürlər, o kəslər ki, ölkəsinin nüfuzu naminə hər gün öz sağlamlıqlarını korlayırlar. Məhz onlar, gənc idmançılar, artıq iki həftədən sonra inkişaf etmək üçün stimulsuz qala bilərlər və onlar üçün sadəcə, həyat mənasını itirəcək.
WADA komissiyasının tövsiyələrinə əsasən, Rusiyadan gələn idmançıların əksəriyyətinin növbəti iki Olimpiadada iştirakına icazə verilmir, yalnız ayrı-ayrılıqda öz "təmizliklərini" sübut edə bilənlər üçün istisnalar olacaq. Rusiya beynəlxalq yarışlarda öz bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsi məsələsini növbəti dörd il ərzində unuda bilər.
Sanksiyalar, WADA-nın düşündüyü kimi, Rusiyadan gələn idman rəsmilərinə təsir etməlidir. Onların hər hansı böyük idman tədbirində iştirakına icazə verilməyəcək, ola bilsin, onlardan beynəlxalq idman federasiyalarındakı vəzifələrini tərk etmələri istənildi.
Rusiya idman ictimaiyyəti üçün ilin yekunu belə dəhşətli sonluqla bitir. Beynəlxalq arenada Rusiyadan olan atletləri görmək istəmirlər. Bir zamanlar bütün dünya idman növlərinin inkişafına təkan verən Rusiya idmanını, həyətyanı sahələrə basmaq istəyirlər. Bu istənilən nəticəni verəcəkmi? Bunu çox yaxında biləcəyik.