BAKI, 23 noyabr — Sputnik. Özbəkistanın paytaxtı Daşkənddə narkotiklərin internet-resurs satışını reklam edən bilbordlar peyda olub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, analoji bilbordlar Qazaxıstan və Qırğızıstanın şəhərlərində də görülüb.
Reklam müəllifləri eyni zamanda istifadəçilərdən bilbordların qarşısında foto çəkdirmələrini və bunu sosial şəbəkələrdə paylaşmalarını, onun qarşılığında müxtəlif hədiyyələr qazanacağını bildiriblər.
Daşkənddə reklamı hazırlayanlar polis yoxlamaları zamanı sifarişləri Rusiyadan aldığını bildiriblər.
"Bilbordu hazırlayanlardan biri izah edib ki, sifarişi Rusiyadan olan bir blogerdən alıb, işin müqabilində alacağı pul isə bank kartına yatırılıb. Üstəlik, onun dediyinə görə, Rusiyadan olan bloger bannerin hazır dizaynını ona internet üzərindən göndərib", - deyə məlumatda bildirilir.