CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ata ilə oğul buz kimi suda boğuldular

Qalakənddə bir ailə eyni gündə iki faciə yaşadı. Atanın idarə etdiyi maşın çaya aşıb. Həm sürücü, həm də sərnişini olan oğlu həlak olublar
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla bildirir ki, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb. Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.