BAKI, 22 noyabr — Sputnik. Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.
"Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsi Sputnik Azərbaycan-a açıqlamasında bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib: "Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub.
Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.
"Azərbaycan Dəmir Yolları" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".