CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahını ziyarət edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.