BAKI, 21 noyabr — Sputnik. Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahını ziyarət edib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.