İDMAN

Van Damm abidəsinə görə Azərbaycana təşəkkür edib - FOTO

“Heykəltəraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Məşhur amerikalı aktyor, karate ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor "Facebook" səhifəsində təşəkkür paylaşımı edib.

“Heykəltəraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib.

Jan Klod Van Dam təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.

Xatırladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.