Üç milli komanda ümidini Azərbaycan futbolçularına bağlayıb

Slovakiya yığması vəsiqə qazanmaq üçün qələbə ilə yanaşı, həm də çox qol vurmalıdır. Belə ki, qrupun digər oyununda Uels Macarsıtanı qəbul edəcək və hər iki komandanın final mərhələsinə vəsiqə şansı qalır
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Bu gün AVRO-2020-nin seçmə mərhələsinə yekun vurulacaq.

UEFA prezidenti "Puşkaş Arena"nın açılış mərasiminə qatılıb

Sputnik Azərbaycan xəbər verir ki, futbol üzrə milli yığma komandamız da son oyununa çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olacaq.

Qrupda keçirdiyi 7 oyuna cəmi 1 xal qazanan autsayder yığmamız səfərə turist kimi yollanıb. Slovakiya yığması isə əksinə, final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalıdır. Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn slovaklar bu matçın da aşkar favoritidirlər.

Slovakiya yığması vəsiqə qazanmaq üçün qələbə ilə yanaşı, həm də çox qol vurmalıdır. Belə ki, qrupun digər oyununda Uels Macarıstanı qəbul edəcək və hər iki komandanın final mərhələsinə vəsiqə şansı qalır. "CBC Sport" kanalı ilə canlı yayımlanacaq qarşılaşma paytaxt Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq. 23:45-də start götürəcək oyunu ukraynalı hakim Sergey Boyko idarə edəcək.

Qeyd edək ki, reytinq cədvəlində FİFA-nın oktyabr ayına olan rəsmi açıqlamasına görə, Azərbaycan millisinin AÇ-2020-dəki rəqibləri Xorvatiya 1631 xalla 7-ci, Uels 1524 xalla 24-cü, Slovakiya 1493 xalla 31-ci, Macarıstan isə 1429 xalla 50-ci sıradadır. Millimiz isə 1189 xalla 111-ci pillədə qərarlaşıb.