CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin iyirmi dörd yaşayış məntəqəsini birləşdirən yol təmir edilir

Otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat nəzərdə tutulub
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Prezident İlham Əliyev Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km) - Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Şamaxı-Yevlax yolunda çat əmələ gəlib

Sərəncamda qeyd edilir ki, otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.