Əsl insan hekayəsi: Öz canı hesabına 2 min insanı xilas edib

Deyv Mahalik  34 il ərzində 1920 insanın həyatını xilas edib. O, 640-cı dəfə qan verəndə ona fəxri donor nişanı verilib
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Amerikanın Kolorado ştatının Pueblo şəhərinin sakini 34 il ərzində 303 litr qan verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Unilad" nəşri məlumat yayıb.

Bu adamların donor olmasının özü cinayətdir

Deyv Mahalik ilk dəfə öz qanını dostunun anasına qan köçürülərkən verib. Bundan sonra o, daimi donor olub. O, iki həftədən bir qan vermək üçün evindən 160 kilometr uzaqlıqda olan xəstəxanaya gedirmiş.

34 il ərzində Deyv 1920 insanın həyatını xilas edib. O, 640-cı dəfə qan verəndə ona fəxri donor nişanı verilib.

Deyv bildirib ki, qan vermək artıq onda ənənə halını alıb. Deyv Mahalik qeyd edib ki, 70-80 yaşında da donor olmaq mümkündür.

Onun sözlərinə görə, xeyriyyə ilə məşğul ola bilməyənlər üçün qan vermək və həyat xilas etmək özü yaxşı bir yoldur.