"F-35"lər Rusiya silahından qaçmağa cəhd göstərdi

Qırıcılar şərti hava döyüşündə iştirak edib və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. "S-400"-ləri ABŞ-ın  "MIM-104 Patriot" kompleksi imitasiya edib
Sputnik

BAKI, 16 noyabr — Sputnik. İsrail Hərbi Hava Qüvvələri ABŞ və Avropadan olan müttəfiqləri ilə Uvda aerodromunda keçirilən "Mavi bayraq" hərbi oyunlarında Rusiyanın "S-400" zenit-raket komplekslərinə qarşı əks-təsirləri sınayıblar.

Onlarda uçmaq təhlükəlidir - "F-35"-lər yararsız çıxır

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə  Breaking Defense portalı məlumat yayıb.

İsraillilərdən savayı, təlimlərdə amerikan, alman, italyan və yunan pilotlar iştirak ediblər. Bu məqsədlə İsrailin 5-ci nəsil "F-35I" və "F-16I" qırıcıları, o cümlədən başqa ölkələrin 34 bombardmançısı cəlb olunub. Onlar arasında "F-16", "F-35" və "Eurofighter Typhoon"lar da olub.

Qırıcılar şərti hava döyüşündə iştirak edib və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. "S-400"ləri ABŞ-ın  "MIM-104 Patriot" kompleksi imitasiya edib.

Təlimlər hərbi əməliyyatların aparıldığı Qəzza bölgəsinin yaxınlığında keçirilib.