BAKI, 15 noyabr — Sputnik. Parlamentdə 2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin ikinci oxunuşda müzakirəsi noyabrın 26-da keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov deyib.
Qeyd edək ki, Milli Məclisin 3 gün - 12, 13 və 14 noyabrda davam edən iclaslarının gündəliyinə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, "Əmək pensiyaları haqqında", "Məşğulluq haqqında", "Sosial müavinətlər haqqında" qanunlarda, Vergi Məcəlləsində dəyişikliklər, Milli Məclisinin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası daxil edilib.
2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlər birinci oxunuşda qəbul edilib.