Fransa millisi AVRO-2020-nin təsnifatında Moldovaya qalib gəlib

Oyunun əvvəlində buraxılmış topa baxmayaraq, hazırkı dünya çempionları qonaqların üzərində əzmkar qələbə qazanıblar.
Sputnik

Fransa millisinin futbolçuları Avropa çempionatının seçmə mərhələsinin oyununda Moldovaya qalib gəliblər.

Noyabrın 14-də Sen-Denidə keçirilmiş H qrupunun görüşü fransızlrın əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Doqquzuncu dəqiqədə Vadim Ratsenin vurduğu qola Fransa yığması Rafael Varan (35) və Olivye Jirunun (79, penaltidən) qolları ilə cavab verib.

Qrupun digər oyununda Albaniya Andorra ilə heç-heçə oynayıb - 2:2.

H qrupunda vəziyyət: Fransa - 22 xal, Türkiyə - 20, İslandiya - 16, Albaniya - 13, Andorra - 4, Moldova - 3.

Seçmə turnirin sonuna bir tur qalmış Fransa və Türkiyə yığmaları özlərinə AVRO-2020-nin final mərhələsinə vəsiqəni təmin ediblər.