İDMAN

Katalonlar imkan versə, "El Klassiko" bu vaxtda baş tutacaq

Oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınmışdı.
Sputnik

BAKI, 14 noyabr — Sputnik. İspaniya La Liqasının 10-cu turundan təxirə salınan "Barcelona" - "Real" oyununun saatı açıqlanıb.

Sputnik Azərbaycan La Liqanın rəsmi "twitter" səhifəsinə istinadən xəbər verir ki, dekabrın 18-nə təyin olunan "El Klassiko" Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınmışdı.

Qeyd edək ki, 1902-ci ildən bu yana baş tutan 242 "El Klassiko" qarşılaşmasında 95 dəfə "Real Madrid", 96 dəfə isə "Barcelona" klubu sevinən tərəf olub. Klublar arasında keçirilən 51 görüş isə sülhlə bitib.