BAKI, 12 noyabr — Sputnik. Yaponiyanın lüks Principe Privé brendi paslanmış kimi görünən dizayner həlli olan idman ayaqqabılarını təqdim edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Hypebeast yazıb.
Sosial şəbəkədə yayılan şəkillərdən bunun "sacai x Nike Blazer Mid" modelindən olan idman ayaqqabılarıdır. Dizayner daha real nəticə əldə etmək üçün bir neçə qat boyadan istifadə edib ki, deformasiya olan yerlərdə pas yığılması effektini yarada bilsin.
Bildirilir ki, dizaynda rənglərin uzun müddət qorunması məqsədilə akril boyalarından istifadə olunub. Ayaqqabılar artıq bu həftə satışa çıxarılacaq və bir cütünün qiyməti 121 min yen (1110 dollar) olacaq.