BAKI, 11 noyabr — Sputnik. Suriyanın Qamışlı şəhərində, Türkiyə ilə sərhədin yaxınlığında üç minalanmış yük maşını partladılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
"Bomba yüklü avtomobil Qamışlının mərkəzində, Vahda küçəsində partladılıb", - Ikhbariya kanalı bildirib.
Kanalın məlumatına görə, daha bir maşın elə həmin küçədə, yerli xəstəxananın yaxınlığında partlayıb.
Syria TV bildirib ki, şəhərin mərkəzindəki "Əl-Amin" mehmanxanasının yanında da partlayış olub.
Sham FM radiostansiyasının məlumatına görə, terror aktı nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.