CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Payız üçün normal olmayan hava davam edəcək

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 
Sputnik

BAKI, 11 noyabr - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 9-13° isti, gündüz  17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti təşkil edəcək.