Hər-hansı ciddi geosiyasi hadisə baş vermədiyi təqdirdə neftin qiymətində kəskin artım olacağı gözlənilmir. Bunu Trend-ə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bu gün dünya bazarında neftin qiymətləri siyasi amillərdən daha çox asılıdır:
“Qiymətlərin formalaşmasında geosiyasi gərginliklər, hibrid müharibələri, regional konfliktlər və sanksiyalar mühim rol oynayır. Əgər göstərilən bu səbəblər yox olarsa, hasilatçı ölkələr bazarda neftin həcmini artıra bilər. Əlavə neftin bazara daxil olması qiymətlərin nəzərəçarpacaq qədər azalması ilə nəticələnə bilər. Neft qiymətlərinin yüksəlmə şansı çox aşağıdır. Qiymətlərə təsir edə biləcək digər amil ABŞ-dakı seçkilərdir. ABŞ-da Tramp administrasiyası da gələn ilə qədər neftin qiymətlərini aşağı salmağa çalışacaq”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz