BAKI, 11 noyabr — Sputnik. Hindistanın Tamilnad ştatındakı Çennay şəhərinin sakini iki dəfə polisə zəng vurub binalara bomba qoyulması haqda məlumat verəndən sonra həbs edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Indiaglitz portalı yazıb.
Nəşrin məlumatına gör, bu hərəkətə kişini kasıblıq və aclıq vadar edib. Bildirilir ki, "telefon terrorçusu" əvvəllər iki dəfə evli olub, ancaq hər iki arvadı onu atıb. Bundan depressiyaya düşən kişi işdən çıxıb. Evsiz və işsiz qaldığından qərara gəlib ki, həbsxanaya düşsün - orada heç olmasa başının üstündə damı və bir qarın yeməyi olacağını güman edib.
Bu məqsədlə o, bir nəfərin telefonunu oğurlayıb və müxtəlif binalara bomba qoyulması barədə polisə zəng vurub.
Polis telefon zəngilə ilə kişinin yerini təyin edərək onu həbsə atıb. Kişinin həbsdə nə qədər qalacağı barədə məlumat verilmir.