İDMAN

Məşhur klubdan qeyri-adi cəza - marmelada görə oyunçunun pulunu kəsdi

"Biz bu mövsüm Dionun hərəkətlərinə görə üzülürük. Bir neçə dəfə onun davranışları kluba ziyan verib"
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Milli Basketbol Assosiasiyasına daxil "Mayami Hit" oyunçularından birini qeyri-adi hərəkətinə görə diskvalifikasiya edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hücumçu-müdafiəçi Dion Ueyters çoxlu sayda şirniyyat yediyinə görə maaşından çıxılmaqla 10 oyunluq cəza alıb.

​​Klubun saytında bildirilir ki, klubun təyyarəsi ilə uçarkən Ueytersin halı pisləşib. Basketbolçu huşunu itirib, sonra isə onda tutmalar başlayıb. Məlum olb ki, idmançı çoxlu marmelad yeyib.

"Biz bu mövsüm Dionun hərəkətlərinə görə üzülürük. Bir neçə dəfə onun davranışları kluba ziyan verib. O, "Qolden Steyt Uorrierz"lə matçda oynayacaq", - "Mayami Hit"in bəyanatında deyilir.

Dionun yediyi marmeladların tərkibində kannabis olduğundan idmançıda tutmalara və huşunu itirməsinə səbəb olub.