SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Həqiqət barədə danışmağın vaxtıdır: Bəşər Əsəd il yarımdan sonra ilk müsahibəsini verib

Suriya Prezidenti Bəşər Əsəd RT-yə müsahibəsində terrorçuluqla mübarizdədən, "Ağ dəbilqələr"in fəaliyyətindən, Soçi və Cenevrə danışıqlarından danışıb.
Sputnik

BAKI, 11 noyabr - Sputnik. Dünyadakı, xüsusən Qərbdəki ictimai fikir son illər ərzində dəyişikliklərə məruz qalır. İnsanlar başa düşürlər ki, rəsmi şəxslər onlara bölgədə, Yaxın Şərqdə, Suriyada, Yəməndə baş evrənlər barədə çoxlu sayda yalançı məlumatlar veriblər.

Bu barədə Suriya Prezidenti Bəşər Əsəd RT-yə eksklüziv müsahibəsində son il yarım ərzində KİV-lə niyə ünsiyyət qurmaması barədə suala cavab verərkən deyib.

Türkiyə Suriya əsgərlərini Rusiyaya təhvil verdi

"Ümumilikdə dünyada baş verənlər, Türkiyənin müdaxiləsindən sonra bölgədəki və Suriyadakı hadisələr yenidən mənim ölkəmi ön plana çıxarıblar", - Suriya lideri qeyd edib.

Əsədin sözlərinə görə, insanlar həqiqəti bilmirlər: "Mənim fikrimcə, bu həqiqət barədə danışmağın vaxtı çatıb".

"Mən qərb mediasına çoxlu sayda müsahibə vermişəm, lakin onlar hansısa real informasiyanı almağa çalışmırlar - onlara sensasiya lazımdır. Onlar dünyada baş verənləri öz auditoriyalarına obyektiv olaraq çatdırmağa cəhd etmirlər. Ona görə də mən bir neçə ildir ki, müsahibə vermirdim", - Bəşər Əsəd deyib.

Sabitlik və bərpa

Suriya lideri bildrib ki, Dəməşqdəki sabitlik öz həyatını vermiş və ya yaralanmış 100 mindən artıq suriyalı əsgərin verdiyi qurbanların nəticəsidir.

"Çoxlu insan həlak olub. Söhbət o cümlədən minlərlə, bəlkə də on minlərlə dinc, heç bir günahı olmayan sakinin həyatından gedir. Bura minaatanların atəşi nəticəsində həlak olanlar, edam edilənlər, oğurlanıb öldürülənlər, itkin düşənlər (ailələri indiyədək onları gözləyir) daxildir... Terrorçularla mübarizədə həddindən çox qurban verilib. Ona görə də indi sabitlik və bərpanı görürsünüz", - o vurğulayıb.

Qərbin ikiüzlülüyü Suriya məsələsində bir daha üzə çıxdı - politoloq şərhi

"İkiqat zərbələr"

Suriya Prezidenti həmçinin Suriya və Rusiyanın "ikiqat zərbələri" barədə versiyanı da şərh edib. Bu versiyaya əsasən, iki ölkənin hava qüvvələri Hələbin şərqində hansısa rayona zərbə endirirmişlər, daha sonra xilasetmə qüvvələri hadisə yerinə gələndə, həmin əraziyə təkrar zərbələr endirilirmiş.

Bəşər Əsədin sözlərinə əsasən, Qərbdə həqiqətə uyğun olmayan versiyalar yayılır və onların məqsədi Suriya ordusuna şər ataraq onun səbəbsiz yerə mülki əhalini öldürdüyünü göstərməkdir.

"Orada "Ağ dəbilqələr" adlandırılanlar… və yaxud terrorçuların qərargaha çevirdikləri hansısa xəstəxana… Demək belə, bu barədə orada deyirlər ki, Suriya ordusu mülki əhaliyə xəsarət yetirməkdən ötrü humanitar obyektlərə hücum edir. Əslində hər şey elə deyil: mülki əhali yalnız Hələbin şərqində deyil, hər yerdə öz rayonundan qaçaraq hökumətin nəzarətində olan əraziyə keçirdi", - Əsəd bildirib.

Terrorçuluq sərhəd tanımır

Bəşər Əsəd bəyan edib ki, Rusiya Suriyaya əsgər göndərməklə öz xalqını qoruyur, çünki terrorçuluq ideologiyası siyasi sərhəd tanımır.

"Hətta Suriyada heç kəs öz həyatını sadəcə insandan ötrü verməz… İnsanlar hansısa işdən ötrü ölümə getməyə hazırdılar  - öz ölkəsini, öz mövcudluğunu, öz gələcəyini qorumaqdan ötrü… Başqa ölkədən gələn isə heç bir halda hansısa insandan, diktator və ya qeyri-diktatordan ötrü ölmək istəməz. Prezident Putinin insanları hansısa adamdan ötrü ölümə göndərməsi və bu adamın xatirinə öz ölkəsinin maraqları ilə risk etməsi sadəcə məntiqsizdir", - Əsəd deyib.

Suriya liderinin sözlərinə görə, Rusiyanın addımları bu və ya digər şəkildə elə Rusiyanın maraqlarını qoruyurlar.

Ərdoğan Suriya əməliyyatından danışdı, 109 terrorçu öldürülüb

"Burada bir aspekt ondan ibarətdir ki, terrorçuluqla Suriya və yaxud digər dövlət olmasından asılı olmayaraq, başqa ölkədə mübarizə Rusiya xalqını müdafiə etməyə yardın edəcək, çünki terrorçuluq və onun ideologiyası sərhəd tanımıq – o siyasi sərhədləri tanımır. Terrorçuluq üçün bütün dünya meydandır", - dövlət başçısı əlavə edib.

Əsədin sözlərinə görə, daha bir səbəb beynəlxalq hüququn normalarının həyata keçirilməsidir: "Yəni, dünyada beynəlxalq hüququn normalarının həyata keçirilməsi Rusiya xalqının maraqlarına xidmət edəcək. Beləliklə, onların addımları onların milli maraqlarına, qlobal sabitliyə, həmçinin Suriyanın maraqlarına və ölkəmizdəki sabitliyə uyğundur", - Prezident deyib.

"Ağ dəbilqələr"

Suriyada "Ağ dəbilqələr"in fəaliyyəti barədə danışan Prezident Bəşər Əsəd bunu PR-aksiya adlandırıb. Onun sözlərinə əsasən, bu təşkilat "ən-Nüsra" terror təşkilatnın bir qoludur. 

"Yenə də, "Ağ dəbilqələr"dən olan bu "mələk"lərin arasında "Əl-Qaidə"* sıralarında olmuş şəxslərə rast gəlirik. Onları aydın şəkildə görmək olur, şəkillər çox aydındır. O cümlədən, onların arasında insanların başını kəsən, həmçinin öldürülmüş əsgərin ürəyini yeyən şəxslər var. Bütün bunları asanlıqla internetdə tapmaq olar. Bölgəmizdə heç kim "Ağ dəbilqələr"in bu piar aksiyalarına inanmır. Onları "ən-Nüsra"nın qanadıdır", - Prezdient bəyan edib.

Suriyada nizamlama barədə Cenevrə prosesinə toxunan Bəşər Əsəd bunu ABŞ-ın hiyləsi adlandırıb.

"Bu, amerikalıların siyasi proses vasitəsi ilə daha öncə - əvvəl nümayişlər, sonra isə terrorçuları dəstəkləməklə nail ola bilmədikləri məqsədlərinə çatmaq üsulu idi. Elə bu səbəbdən Cenevrə prosesi dağıldı: onun məqsədi hazırkı Suriya hökumətini hansısa keçid orqanı vasitəsilə devirmək idi... Sonra onlar başqa ölkələrdə etdikləri kimi dinc şəkildə hakimiyyəti dəyişərək Suriyaya nəzarəti əllərinə alacaqdılar", - Prezident bəyan edib.

Putinlə görüş bəhrə verdi: Türkiyədən Suriya ilə bağlı kritik qərar

Bəşər bildirib ki, Soçi forumu artıq bəhrəsini verir: "Ötən ay ölkəmizi nümayəndə heyəti ziyarət edib… ötən həftə onlar Konstitusiya barədə danışıqlara başlayıblar", - Suriya lideri vurğulayıb.

Əsədin sözlərinə görə, Cenevrə formatı indi sadəcə Suriya nizamlanması üçün meydançadır, Soçi prosesi isə davam edir.

"Əgər söhbət bu danışıqlardan gedirsə, burada "Cenevrə" yerdən, meydançadan artıq bir şey deyil. Siyasi prosesi baxımından biz əvvəlki kimi Soçidəyik. Görüşlərin harada keçirilməsi və danışıqların harada başlaması vacib deyil - bu, Soçi prosesinin davamıdır", - Suriya prezidenti bəyan edib.

Suriyada hərbi münaqişə 2011-ci ildən davam edir. Onun nizamlanmasına aktiv şəkildə Rusiya, İran və Türkiyə qoşulublar. Bu ölkələr atəşkəsin qarantıdırlar. Ötən dövr ərzində Suriyada praktiki olaraq terrorçulara tam qalib gəlmək, qaçqınları geri qaytarmaq və müharibə nəticəsində dağılmış infrastrukturu bərpa etmək mümkün olub. Müxalifətin də daxil olduğu Konstitusiya şurası yaradılıb.

* Bir sıra ölkələrdə fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat