BAKI, 10 noyabr — Sputnik, Teymur Tuşiyev. Dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, Olimpiya Oyunlarında bürünc medal qazanmış yunan-Roma güləşçisi Rəsul Çunayev Bakı küçələrindən birində məşq edib.
Sputnik Azərbaycan bildirir ki, güləşçi məşqdən görüntüləri özünün "Instagram " səhifəsində yerləşdirib.
Dünya Güləş Birliyinin (UWW) jurnalisti Nazerke Sultanbek (Qazaxıstan) şərh bölməsində Çunayevdən nə üçün belə gediş-gəlişin çox olduğu küçəni seçdiyini soruşub.
"Çünki artıq zalda alınmır, küçədə yoxlayırıq. Birdən lazım olar", - deyə Rəsul cavab verib.
Qeyd edək ki, bu ilin sentyabrında Nur-Sultanda (Qazaxıstan) keçirilən lisenziyalı dünya çempionatında Çunayevin çıxışı uğursuz alınmışdı. 2020-ci ilin ilk yarısında o, daha iki lisenziyalı yarışda çıxış etməlidir.