BAKI, 10 noyabr — Sputnik. Əfqanıstanın Daxili işlər nazirinin vəzifələrini icra edən Məsud Andarabi bildirib ki, ölkədə "İslam dövləti" terror qruplaşması məğlub olub.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə 1TV məlumat yayıb.
"Əfqanıstanda "İslam dövləti" və ya İŞİD qruplaşmasına qalib gəlmişik", - Andarabi Nanqarhar vilayətində polis şöbəsinə yeni rəis təyin edərkən düzənlənən tədbirdə deyib.
Telekanal bildirir ki, məhz bu vilayətdə 2014-cü ildə qruplaşmanın döyüşçüləri peyda olaraq özlərinə istinad məntəqəsi yaradıblar. 2015-ci ilin yanvarında İŞİD özünün Əfqanıstanda şöbəsinin yaradıldığını elan edib. O vaxtdan etibarən terrorçular dinc sakinlərə və hərbçilərə qarşı hücumlara başlayıblar.
Andarabi həmçinin bildirib ki, İŞİD-in xırda özəkləri Əfqanıstan hökumətinin əsgərlərinə təslim olurlar, başqa əyalətlərə soxulmağa can atan digər terrorçular isə təhlükəsizlik qüvvələrinin sayəsində məhv ediləcəklər.
M.Andarabini sözlərinə görə, İŞİD-in mövqelərinin möhkəmlənməsinin qarşısını alan Nanqarharın yerli əhalisi əyalətdə hər hansı "xarici şəbəkə"nin güclənməyinə imkan verməyəcəyini sübut edib.