İQTİSADİYYAT

Professor Azərbaycanın dəniz limanlarının MDB-də ən yaxşı olmasının səbəblərini açıqladı

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, qazanılan uğurlar investisiyalar və dövlət kapital qoyuluşlarının əsaslı şəkildə reallaşdırılması ilə bağlıdır
Sputnik

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Dəniz limanları xidmətlərinin səmərəliliyi” göstəricisində 25-ci yer tutaraq MDB ölkələri arasında lider olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, əldə olunan nailiyyətlər bu sahəyə qoyulan investisiyalar və dövlət kapital qoyuluşlarının əsaslı şəkildə reallaşdırılması ilə bağlıdır: “Azərbaycan Xəzərdə mövqeləşmiş ticarət donanmasına malikdir. Bu da özünü Azərbaycan dəniz nəqliyyatının rəqabət üstünlüklərinin formalaşmasında tapıb. Bu sahədə qazanılan uğurlar təsadüfi deyil”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz