İQTİSADİYYAT

Quş və heyvan əti ilə bağlı ciddi qərar hazırlanır

"Burada quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, heyvan ətinin satışının isə 4 il ərzində ƏDV-dən azad edilməsi nəzərdə tutulur"
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə 164 dəyişiklik nəzərdə tutulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Burada quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, heyvan ətinin satışının isə 4 il ərzində ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Çörəyin istehsalı və satışı daha 1 il müddətinə ƏDV-dən azad edilib>>

Vergilər Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən yem və yem əlavələrinin də ƏDV-dən azad olunması gözlənilir. Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə dəyişikliklər plenar iclasa tövsiyə olunub.