RUSİYA

Nurməhəmmədov milyon dollarını geri istəyir

Həbib haqsız yerə cərimələndiyini deyib, ödədiyi məbləğlə yanaşı ondan üzr istənilməsini şərt olaraq irəli sürüb
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Həbib Nurməhəmmədov Makqreqorla döyüşdən sonra baş vermiş davaya görə ödədiyi cərimənin geri qaytarılmasını istəyir.

Makqreqor və Nurməhəmmədov yenidən qarşı-qarşıya gəldi

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qarışıq idman növləri üzrə çıxış edən rusiyalı döyüşçü Nurməhəmmədov Mütləq Döyüş Çempionatı (UFC) ilə danışıqlar apardığını söyləyib. 31 yaşlı idmançı bildirib ki, danışıqların mövzusu 2020-ci ilin mart ayında yenidən oktaqona qayıtması ilə bağlıdır: "Mən aprel ayında da çıxış edə bilərəm. Nyu-York və ya Las-Veqas – mənim üçün fərq etməz. Belə olan təqdirdə gərək məndən üzr istənilsin və cərimələnərək ödədiyim 1 milyon dollar geri qaytarılsın".

Daha sonra Həbib, Las-Veqasda baş tutan UFC 229 turnirində haqsız yerə cərimələndiyini deyib.

Qeyd edək ki, ötən il 7 noyabr tarixində Konor Makqreqor üzərində qələbədən dərhal sonra Nurməhəmmədov rəqibin məşqçisi Dillon Denisin üzərinə hücum çəkib. Bu zaman hər iki tərəfi təmsil edən şəxslər arasında insident baş verib. Nəticədə, Nurməhəmmədov 9, Makqreqor isə 6 ay müddətində yarışlardan uzaqlaşdırılıb.