CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı niyə tez-tez "üzür"? - "Azərsu" sədri aydınlıq gətirdi

"Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur"
Sputnik

BAKI, 7 noyabr — Sputnik. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Azərsu" ASC-nin sədri Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, Bakıda bütün kanalizasiya xətləri mütəmadi, xüsusilə yağış barədə məlumat alan kimi təmizlənir.

Bakı niyə tez-tez "üzür"? - "Azərsu" sədri aydınlıq gətirdi

Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xətlərinə çox yad tullantlar atılır: “Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Kanalizasiyalarda problem ola bilər - ya kanalizasiya tutulur və ya yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir. Digər tərəfdən Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.