CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Prezidentin fikirləri icra başçıları üçün qanun olmalıdır”

Millət vəkili Çingiz Qənizadə deyir ki, sadəlik və xalqa yaxın olmaq ənənəsi cənab Prezidentdə olduğu üçün onun kadrları da bu istiqamətdə çalışmalıdırlar
Sputnik

“Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmalı yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Millət vəkili Çingiz Qənizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əlieyin dediyi sözlər yerli icra başçıları üçün qanun olmalıdır:

“İcra başçıları Prezidentdən nümunə götürməlidirlər. Bu sadəlik və xalqa yaxın olmaq ənənəsi cənab Prezidentdə olduğu üçün onun kadrları da bu istiqamətdə çalışmalıdırlar. Düşünürəm ki, Prezident İlham Əliyevin Eldar Əzizovu qəbul edərkən səsləndirdiyi fikirlər icra başçıları üçün mesajdır”.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz