CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Sözügedən dəyişiklik paytaxtın Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq.
Sputnik

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq: "Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. 3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək. 31 nömrəli marşrut isə "İçərişəhər" metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək".

M.Ağayev deyib ki, təmir işləri bitdikdən sonra müntəzəm xətlərin hərəkət istiqaməti bərpa ediləcək: "Təmir işlərinin bitəcəyi tarix barədə dəqiq məlumata malik deyilik".