İQTİSADİYYAT

SOCAR bir il davam edən vacib prosesi tamamladı

SOCAR tərəfindən yeni yaradılan iki fəaliyyət növünə təyinat olub, Anar Məmmədov və Məsut İlter yeni təyinat alıblar
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Petkim şirkətinin baş meneceri olan Anar Məmmədov Türkiyədə Neft Emalı və Neft-Kimya İşləri Birliyi Rəhbərliyinin müdiri təyin edilib. Məsut İlter isə Əməliyyat Mükəmməlliyi Rəhbərliyinə müdir təyin edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

SOCAR da faciə baş verməməsi üçün tədbir görür

Qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə təxminən bir ildir davam edən inteqrasiya prosesi bu gün tamamlanıb. Bununla əlaqədar olaraq SOCAR tərəfindən yeni yaradılan iki fəaliyyət növünə təyinat olub.

Bundan başqa, qeyd olunur ki, Anar Məmmədov və Məsut İlter yeni təyinatlarla yanaşı Petkim və STAR NEZ-in baş direktoru vəzifələrini davam etdirəcəklər.

Xatıradaq ki, Anar Məmmədov 2009-2014-cü illərdə "ARDNŞ Georgia"nın baş icraçı direktoru (ARDNŞ), daha sonra isə ARDNŞ-nin Yunanıstan üzrə baş direktoru vəzifəsinə təyin edilib. O 2016-cı ilin iyul ayında Petkim şirkətinin baş meneceri təyin edilmişdir.