Spirtli içkilərlə təhsilin əlaqəsi var imiş

Bunlar arasında yaddaşın pozulması, sərxoş etmək üçün spirt miqdarı və spirtin ümumi gündəlik norması daxildir.
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Amerika alimləri təhsil ilə alkoqolizmin birbaşa əlaqəsini aşkarlayıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırmalara görə, təhsilə vaxt ayıran şəxslər spirtli içkilərə qarşı az meyilli olurlar.

Elmi tətqiqat zamanı 780 min insanın genetik məlumatları analiz edilib. Müəyyən olunub ki, əlavə olaraq 3,6 il təhsil almaq alkoqolizm riskini 50 faiz azaldır.

Bununla yanaşı, təhsil səviyyəsi və spirt istehlakı ilə əlaqəli müəyyən genetik xüsusiyyətlər aşkar edilib. 

Badə? Nəbadə! - Spirtli içkilərlə tütün bazarında təlatüm gözlənilir

Bunlar arasında yaddaşın pozulması, sərxoş etmək üçün spirt miqdarı və spirtin ümumi gündəlik norması daxildir.

Bəzi nəticələr isə insanların cinsi ilə əlaqəli olub.

Belə ki, ali təhsilli qadınlar sərt içkilərə, kişilər isə pivə və sidrə az meyilli olublar.

Elmi tədqiqatın müəllifləri qeyd edib ki, təhsil səviyyəsinin yüksəldilməsi alkoqolizmlə mübarizədə önəmli rol oynaya bilər.

Araşdırmalar ingilis dilli ölkələrdə aparılıb, amma bunu digər ölkələrdə də aparmaq lazımdır.