İyirmi birinci əsrdə olanlar - Polis 15 qulu azad etdi

Ayağından zəncirlənən 15 nəfər xilas edilib. Bəzi qurbanlar həbsxanada ən azı 5 il olub. Qurbanlar 19-50 yaşlarındadır
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Nigeriya polisi Laqos ştatında kilsədə zəncirlənmiş 15 nəfəri azad edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Polis, həmçinin özünü keşiş elan edən şəxsi və kilsənin 10 işçisini saxlayıb. "Ayağından zəncirlənən 15 nəfər xilas edilib. Bəzi qurbanlar həbsxanada ən azı 5 il olub" - deyə ştatın nümayəndəsi Bala Elkana bildirib.

O, əlavə edib ki, qurbanlar 19-50 yaşlarında olublar.