BAKI, 1 noyabr — Sputnik. Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib: "Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".