BAKI, 31 oktyabr — Sputnik. Noyabr ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli, yağıntılı keçəcəyi gözlənilir.
Birinci ongünlüyün ikinci yarısında və ikinci ongünlüyün bəzi günlərində hava temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, hava şəraitinin nisbətən mülayim keçəcəyi gözlənilir.
Qeyri-sabit, güclü küləkli hava şəraiti isə üçüncü ongünlükdə ehtimal olunur. Ayın son günlərində havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 9-14, bəzi günlərdə 6 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 10-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 28-38 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 5-10 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 13-18, bəzi günlərdə 8-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (27-34 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 8-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-3, gündüzlər 14-19, bəzi günlərdə 8-12 dərəcə isti) gözlənilir ki, bu da iqlim norması yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-24 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərda dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-73 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 8-13, bəzi günlərdə 0-4, gündüzlər 15-20, bəzi günlərdə 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 25-45 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-4 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 55-170 mm) gözlənilir.