İDMAN

Hakim selfi çəkmək üçün oyunu saxladı - VİDEO

Oyunçular əvvəl hakimin sarı vərəqə qərarına etiraz etmək istəsələr də, hadisənin sonu onları güldürüb
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Xeyriyyə oyununda hakim Kaka ilə selfi çəkdirmək məqsədilə oyunu dayandırıb.

Sputnik Azərbaycan bildirir ki, Braziliya və İsrail millilərinin əfsanələri arasında keçirilən matçda qadın hakim hamını təəccübləndirib.

Oyunun ikinci yarısında hakim Lilax Asulin oyunu dayandıraraq "Milan"ın keçmiş yarımmüdafiəçisi Kakaya sarı vərəqə göstərib. Sonra telefonunu çıxarıb onunla selfi çəkdirib. Oyunçular əvvəl hakimin sarı vərəqə qərarına etiraz etmək istəsələr də, hadisənin sonu onları güldürüb.

​"Shalom Game" ("sülh oyunu") adlandırılan oyun 4:2 hesabıyla Braziliya yığmasının xeyrinə bitib. Qollardan birini də elə Kaka vurub.