BAKI, 31 oktyabr — Sputnik. Pentaqon İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin zərərsizləşdirilməsi əməliyyatına dair ilk video və fotonu yayımlayıb.
Videoda terrorçunun gizləndiyi ev göstərilir. Növbəti kadrlarda isə binanın insanlar tərəfindən mühasirəyə aldığı görünür.
"Burada biz Bağdadinin gizləndiyi obyekti görürük. Daha əvvəl də qeyd etdiyim kimi bu izolyasiya olunan obyekt Suriyanın şimal-qərbində, İdlib vilayətində yerləşib" - deyə jurnalistlərə açıqlamasında Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi bildirib.
General bildirib ki, videoda yaraqlıların ABŞ qüvvələrinə atəş açması da görünür.
Makkenzi əlavə, edib ki, DNA analizi zərərsizləşdirilən şəxsin əl-Bağdadi olduğunu təsdiqləyib.
Pentaqon rəsmisi vurğulayıb ki, İŞİD lideri özünü daha əvvəl prezident Donald Trampın dediyi kimi 3 övladı ilə birgə yox, 2 övladı ilə birgə partladıb.