İDMAN

Tanınmış idmançı karyerasını bitirir

Sentyabrın əvvəlində dağıstanlı ikinci dəfə öz UFC kəmərini qorumaq üçün Əbu-Dabidə amerikalı döyüşçü Dastin Porye ilə döyüşüb.
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Qarışıq döyüş növü üzrə döyüşçü, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki çempionu Həbib Nurməhəmmədov bir neçə döyüşdən sonra idman karyerasına son qoya bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov bildirib. "İndi artıq başqa səviyyədir. Yeni uşaqlar yetişib. Rəqabət böyükdür. Və bizim hədəflərimiz var. Həbib 2-3 ildən sonra döyüşdən gedəcək", - deyə o bildirib.

Məşqçinin sözlərinə görə, yaxın zamanlarda Həbibin rəqibi Toni Ferqyuson olacaq.

Sentyabrın əvvəlində dağıstanlı ikinci dəfə öz UFC kəmərini qorumaq üçün Əbu-Dabidə amerikalı döyüşçü Dastin Porye ilə döyüşüb. Nurməhəmmədovun növbəti döyüşünün 2020-ci ildə olacağı gözlənilir. Həbib məğub edilməz döyüşçü olaraq qalır. O, bu günə qədər iştirakçısı olduğu 28 oyunun hamısında qələbə qazanıb. https://mir24.tv/news/16384103/otec-habiba-nurmagomedova-rasskazal-kogda-ego-syn-zavershit-kareru