Ərdoğan ABŞ səfərinin sual altında olduğunu bəyan etdi

Ötən həftə Ərdoğan prezident Donald Trampın dəvəti ilə noyabrın 13-də Birləşmiş Ştatlara səfər edəcəyini bildirmişdi, bu gün isə vəziyyət dəyişib
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hələlik noyabrın 13-ü ABŞ-a mümkün səfəri ilə bağlı qərar vermədiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Mən hələ ki belə bir qərar verməmişəm. Səfər sual altındadır", - deyə Ərdoğan bildirib.

Rusiya Türkiyəyə verdiyi vədə əməl edir – Kürdlər bölgədən çıxarılır

Qeyd edək ki, ötən həftə Ərdoğan prezident Donald Trampın dəvəti ilə noyabrın 13-də Birləşmiş Ştatlara səfər edəcəyini bildirib.

Xatırladaq ki, ötən gün ABŞ Nümayəndələr Palatası qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Bundan sonra ABŞ-ın Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı"na dair qəbul edilmiş qətnamə və "Barış pınarı" əməliyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiqini təsdiqləyən qanun layihəsi ilə bağlı rəsmi şəkildə etiraz edilib.

ABŞ səfirinə bu qərarların Türkiyə hökuməti və türk xalqı üçün keçərli olmadığı, bunların iki ölkə arasındakı strateji tərəfdaşlığa uyğun gəlmədiyi deyilib.