"Şantaj və təhdid" – Rusiyalı deputat Vaşinqtonun Türkiyə əleyhinə sanksiyalarını qınadı

Bir müddət öncə ABŞ-ın Nümayəndələr palatası Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini dəstəkləyib
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək qərarı "şantaj və təhdiddir".

Şoyqu: "Bu, sülhün bərqərar olması üçün yeganə üsuldur"
 Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Natalya Poklonskaya "Telegram" kanalında yazıb.

Bir müddət öncə xəbər verilib ki, ABŞ-ın Nümayəndələr palatası, demək olar ki, yekdilliklə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini dəstəkləyib. Səbəb kimi Ankaranın Suriyada həyata keçirdiyi hərbi əməliyyat, eləcə də Rusiya istehsalı olan "S-400" sistemlərinin Türkiyəyə tədarükü göstərilib.

Sənəd hazırda Senatdan keçməli, sonra isə imzalanması üçün ABŞ prezidentinə göndərilməlidir.

"Vaşinqton kimin dost, kimin düşmən olduğunu unudub. Ankaraya qarşı sanksiyalar tətbiq etmək qərarı açıq-aydın göstərir ki, Vaşinqton konsensusa gəlməyə qadir deyil və özünün "diplomatiya" arsenalında şantaj və təhdidlərə əl atır", - Poklonskaya deyib.

Türkiyə Xarici İşlər Nazirliyi bir müddət öncə sözügedən sanksiyalara dair qanun layihəsinin qəbul olunmasını qınayaraq sənədin NATO-nun ruhuna uyğun gəlmədiyini və Suriyaya dair Amerika-Türkiyə razılaşmasına zidd olduğunu deyib.