HADİSƏ

Qubada bıçaqlanma baş verib

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına istinadla xəbər verir ki, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Qubada bıçaqlanma baş verib
bıçaqнож

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.