İDMAN

Əfsanə qapını tərk etmək istəmir

Canluici Buffon 1978-ci ildə anadan olub. Əgər müqavilə bağlanarsa, o, ən tezi 43 yaşında təqaüdə çıxacaq
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Canluici Buffon yaşıl meydanları tərk etmək fikrində deyil.

Məşhur futbol klubu fəaliyyətini dayandırdı

Sputnik AzərbaycanTuttosport-a istinadən xəbər verir ki, 41 yaşlı qapıçı 2021-ci ilədək "Yuventus"da qalmaq fikrindədir. 2018-ci ildə karyerasını bitirmək qərarını verən qolkiper indi komandada qalmaq qərarına gəlib. Klub Buffonun bu fikrini dəyərləndirib və müqaviləni uzatmağa müsbət yanaşıb.

Canluici Buffon 1978-ci ildə anadan olub. Əgər müqavilə bağlanarsa, o, ən tezi 43 yaşında təqaüdə çıxacaq.

Qeyd edək ki, ulduz qapıçı 3 dəfə Avropanın ən yaxşı qapıçısı adını qazanıb. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının qızıl medalçısıdır.