İDMAN

Fotoları ilə "Instagram"ı silkələyən İrina prezident oldu

İrina Morozyuk bir müddət öncə sosial şəbəkələrdə gündəmə gəlmişdi. O, isveçli Zlatan İbrahimoviçin həyata keçirdiyi #MatrixChallenge-i həyata keçirən ilk xanım olmuşdu
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Paylaşdığı fotolarla daim gündəmdə olan "Çaykur Rizəspor"un ukraynalı futbolçusu Mikolo Morozyukun həyat yoldaşı İrina Morozyuk klub prezidenti olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özü "Instagram" profilində paylaşım edib.

Xanım Morozyuk Lvov şəhərini təmsil edən "Lion" klubunun prezidenti seçilib.

Qeyd edək ki, İrina Morozyuk bir müddət öncə sosial şəbəkələrdə gündəmə gəlmişdi. O, isveçli Zlatan İbrahimoviçin həyata keçirdiyi #MatrixChallenge-i həyata keçirən ilk xanım olmuşdu. İrina "Matrisa" filmindəki Neo obrazının güllələrdən yayındığı məşhur fəndi topu sinəsində saxlayaraq həyata keçirmişdi.