İQTİSADİYYAT

Ekspert regionlardakı aqrofestivalların əhəmiyyətindən danışır

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov deyir ki, festivalların keçirilməsində əsas məqsəd yerli məhsulların satışının təşviqi və bu sahəyə marağın yönləndirilməsidir
Sputnik

“Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC bölgələrdə aqrar sahə üzrə keçirilən festivallara həmişə böyük dəstək göstərir”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov Balakəndə keçirilən III Xurma festivalının yekunları ilə bağlı müsahibəsində söyləyib.

Vüqar Namazov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd yerli məhsulların satışının təşviqi və bu sahəyə marağın yönləndirilməsidir: “Bu festivallar, eyni zamanda, bölgələrdə aqroturizmin inkişafına da böyük təkan verir. Yerli və xarici turistlər belə festivallara böyük maraq göstərirlər. Festivallar bölgələrə turistlərin cəlb edilməsi üçün çox əhəmiyyətlidir. Turistləri yalnız gəzmək düşündürmür, onlar, eyni zamanda, alıcılar, həm də gələcəyin sərmayəçiləri, təsərrüfatçları, fermerləridir”.

Vüqar Namazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz