İQTİSADİYYAT

Dünyanın neft ehtiyatlarının üçdə biri ABŞ sanksiyalarının altındadır

Bütün bunların fonunda Birləşmiş Ştatlar xam neftini yeni bazarlara satmağa başlayıb. Əvvəllər Amerika neftinin 95 faizini Kanada alırdısa, hazırda neftin 25 faizi Avropaya gedir
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Dünyanın neft ehtiyatlarının üçdə biri və neft hasilatının beşdə biri ABŞ sanksiyalarının altındadır. 

ABŞ söz verdi: Neft ucuzlaşacaq
Sputnik Azərbaycan xəbər verir ki, bunu Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti Olqa Lebedinskaya RİA Novosti-yə deyib.

Lebedinskaya izah edib ki, dünyanın neft ehtiyatları 1,66 trilyon barel təşkil edir – bunlardan 298,4 milyard barel Venesuelanın, 157,8 milyard barel İranın, 80 milyard barel isə Rusiyanın payına düşür.

Ekspert izah edib ki, bu üç ölkə 2015-ci ildə dünya üzrə gündəlik hasilatın 21,75 faizini təmin edib. Rusiyanın sutkada 10,1 milyon barel hasil etdiyi vaxtda, İran və Venesuela üçün bu göstərici müvafiq olaraq 3,1 milyon barel və 2,5 milyon barel təşkil edib. Bu ölkələr hasilat göstəricilərinə görə dünya üzrə müvafiq olaraq birinci, yeddinci və 11-ci yerləri tutublar.

"ABŞ-ın siyasi arenada aktivliyi neft hasilatının beşdə birinin sanksiyalar altına düşməsinə səbəb olub", - Lebedinskaya deyib.

Sanksiyalardan ən çox Venesuela zərər görüb – bu ölkənin sutkalıq neft hasilatı 3,3 dəfə azalaraq 0,75 milyon barelə çatıb. 

Rusiyalı nazirdən bədbin neft proqnozu
Tehran isə ABŞ sanksiyalarından o qədər də zərər görməyib. İranın neft hasilatı 2,1 milyon barelə düşüb. Bu üçlükdə yalnız Rusiya hasilatı sutkada 10,7 milyon barelə artıra bilib.

Ekspert qeyd edib ki, bütün bunların fonunda ABŞ xam neftini yeni bazarlara satmağa başlayıb.

"ABŞ hazırda Rusiyadan sutkada 9,8 faiz çox neft hasil edir. Müqayisə üçün, 2019-cu il oktyabrın 5-də ABŞ-ın sutkalıq hasilat göstəricisi 11,8 milyon barel olub. Rusiyada isə bu göstərici 10,7 milyon barel idi. Əvvəllər Amerika neftinin 95 faizini Kanada alırdısa, hazırda neftin 25 faizi Avropaya gedir", - Lebedinskaya izah edib.