RUSİYA

Kremldən Bağdadinin öldürülməsi xəbərinə maraqlı reaksiya

ABŞ Prezidenti Donald Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Əgər İŞİD lideri Əbubəkr əl-Bağdadinin zərərsizləşdirilməsinə dair məlumat təsdiqlənərsə, onda ABŞ Prezidenti Donald Trampın beynəlxalq terrorizmlə mübarizəyə verdiyi ciddi töhfədən danışmaq olar. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rəsmi Vaşinqtonun müvafiq məsələ ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Donald Tramp hər kəsin gözlədiyi xəbəri verib

"Öz-özlüyündə bu xəbər Rusiya rəhbərliyində neqativ reaksiyaya səbəb ola bilməz. Doğurdan da bizim hərbçilər ərazidə ABŞ təyyarələri, uçan pilotsuz aparatlar görüblər", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi oktyabrın 27-si gecə saatlarında ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

ABŞ Prezidenti Donald Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: "Rusiyaya, Türkiyəyə, Suriyaya və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü".