RUSİYA

İndidən başınıza çarə qılın - Gələcəyin peşələri bunlardır

Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı – bu peşə sahiblərinə gələcəkdə tələbat daha da çox olacaq.
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Müəllim gələcəkdə daha çox tələb olunacaq peşələrdən biridir. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı tədqiqatçılar belə bir qənaətə gəliblər.

Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun əməkdaşları "RT" agentliyinə verdikləri açıqlamada deyiblər ki, yaxın gələcəkdə Rusiyada kütləvi peşələr və idarəetmə sahəsində mütəxəssislər daha çox tələb olunacaq. Bunların arasında mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı, nasos stansiyalarının maşinisti, lift elektromexaniki, mühəndis-kimyaçı, biotexnoloji istehsalın keyfiyyətinə nəzarət üzrə menecer, ofisiant və barmen kimi peşələr də var.

Yeni iş yerləri açılacaq: Daha bir balıqartırma zavodu yenidən qurulur

Qeyd edək ki, bu proqnoz digər ölkələr üçün verilən proqnozlarla üst-üstə düşür. Məsələn, "Nesta" innovasiya şirkətinin bir müddət əvvəl 2030-cu il üçün təqdim etdiyi hesabata görə, ABŞ və Britaniyada pedaqoqlara, eləcə də mühəndislərə, qida hazırlanması və qonaqpərvərlik sahəsi işçilərinə tələbat daha çox olacaq.

Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutunun eksperti İrina Voloşina isə hesab edir ki, adları çəkilən bütün peşələrə hazırda da böyük tələb var.

O, qeyd edib ki, əmək bazarında vəziyyət elə də sürətlə dəyişmir.

"Lakin bəzi peşələr tədricən transformasiyaya uğraya bilərlər. İşçinin yeni əmək funksiyaları yaranır", - Voloşina deyib.