İDMAN

"Qarabağ"ın oyunçusu Avroliqanın 5 ən güclü futbolçusu sırasında

İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç ("Latsio"), Doniell Malen (PSV) və Bruno Fernandes ("Sportinq") tutur
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turundan sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.

Sputnik Azərbaycan qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı 5 futbolçu sırasında "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana da yer alıb. İspan futbolçu 5110 xalla "Sevilya"lı Franko Vaskesdən (5537 xal) sonra ikinci yerdə qərarlaşıb.

Dani 3 qrup oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 qolun ötürməsini edib. Onun dörd zərbəsi çərçivəyə gedib. Bundan başqa, Daninin 135 ötürməsindən 108-i dəqiq olub.

İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç ("Latsio"), Doniell Malen (PSV) və Bruno Fernandes ("Sportinq") tutur.