Moskva və Ankara daha bir mühüm sazişin astanasında

Bundan əlavə, tərəflərin Rusiya istehsalı olan təyyarələrin bəzi komponentlərinin də birgə istehsalına dair razılığa gəldiyi vurğulanır
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Rusiya və Türkiyə "Su-35" tipli qırıcıların Ankaraya satılmasına dair razılaşmanın əldə olunmasına yaxındırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "Daily Sabah" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

Qeyd olunur ki, Türkiyə ümumilikdə Rusiyadan 36 ədəd "Su-35" qırıcısı almağı planlaşdırır. Bundan əlavə, tərəflərin Rusiya istehsalı olan təyyarələrin bəzi komponentlərinin də birgə istehsalına dair razılığa gəldiyi vurğulanır.

Qeyd edək ki, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS – 2019" aviasərgisinə qatılıb. Vurğulanır ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya "Su-57"nin tədarükü ilə bağlı danışıqlar aparır.