UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ağdamın "Qarabağ" klubu Kiprin APOEL komandası ilə qarşılaşıb. Bakıda keçən gərgin görüşün ən parlaq anlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.
"Qarabağ"ın tərkibində Dani Kintana və braziliyalı Aylton Silva fərqləniblər. Qonaqlar isə Nikolas İoannu və Linus Halenniusun qollarına seviniblər.
Oyun heç-heçə ilə bitib və "Qarabağ" 4 xalla "A" qrupunun ikinci sırasında bərqərar olub.
"Qarabağ" Avroliqada növbəti matçını noyabrın 7-də Kiprdə APOEL-ə qarşı keçirəcək.